Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qırğızstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək
11.01.10 20:17

Yanvarın 18-də Qırğızstanda azərbaycanlıların kompakt yaşadığı Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək. Qırqızstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Azəri” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə Türkiyə, Qazaxstan, Özbəkstanın Qırğızstandakı səfirləri, Kant rayonu icra başçısı, Qırğızstan parlamentinin deputatları, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qırğızstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan veriblər.Hökumət və dövlət rəsmilərinin, diaspor və media nümayəndələrinin iştirak edəcəyi mərasimdə Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə çapdan çıxmış “Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi” kitabı və əməkdar elm xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun, elmi redaktoru olduğu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun alimləri tərəfindən hazırlanmış, Bişkekdə rus və ingilis dilində nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabı mərasim iştirakçılarına paylanacaq. Qeyd edək ki, mərasim 20 yanvar faciəsində şəhid olanlarən əziz xatirələrinə dualar oxunmaqla və ehsanla sona yetəcək.
URL / WWW
http://kelam.az/news/a-523.html