Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
30.11.11 21:14

Dekabrın 1-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev “Dağlıq-Qarabağ münaqişəsi və onun həlli yolları”, millət vəkili Fazil Mustafa “Azərbaycan və Türkiyənin erməni problemi və atılacaq birgə addımlar”, APA-nın baş direktoru Vüsalə Mahirqızı “Türkiyə-Azərbaycan münasibətlərində mətbuatın rolu”, Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Rəşad Rəsullu isə “Türkiyə-Azərbaycan arasında iqtisadi əlaqələr” mövzularında məruzələrlə çıxış edəcəklər. Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin ekspertlər səviyyəsində müzakirəsini həyata keçirmək, türk ictimaiyyətini Azərbaycanda gedən son ictimai-siyasi proseslərlə və xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq, həmçinin ali təhsil ocaqları ilə daha sıx əlaqələr qurmaqdır.
URL / WWW
http://kelam.az/news/a-5221.html