Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan nağılları ingilis dilində səsləndirilib
25.11.11 20:00

Azərbaycan nağıllarının ingilis dilində həm səsli, həm də çap versiyası təqdim olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin “Nümunə” nəşriyyatında nəfis şəkildə yüksək poliqrafik keyfiyyətdə çap olunan ingilis dilində “Azərbaycan nağılları” (“Azerbaijan fairy tales”) kitabı və eyni adlı diskin təqdimat mərasimi olacaq. Bildirilir ki, Azərbaycanın ən məşhur nağılları daxil olmaqla 28 nağılın toplandığı kitabın tərcüməçiləri ingiltərəli Yen Pert və həmyerlimiz Səadət İbrahimova, rəssamı Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, layihənin rəhbəri isə Leyla Əfəndiyevadır. Nağılları ingilis dilində Selia Devis (İngiltərə) səsləndirib. Qeyd edək ki, kitab müəlliflərinin, tanınmış elm və mədəniyyət xadimləri, KİV nümayəndələrinin iştirak edəcəyi təqdimat mərasimi bu gün saat 16-da Art Qarden Sərgi Salonunda baş tutacaq.
URL / WWW
http://kelam.az/news/a-5165.html