Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elçin Quliyev: Azərbaycana narkotik vasitələrin təqribən 90 faizi İran ərazisindən daxil olur
24.11.11 20:15

Azərbaycanda aşkar edilən narkotik vasitələrin təqribən 90 faizi ölkəyə İran ərazisindən daxil olur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda seminarda Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev deyib. E.Quliyev bildirib ki, Azərbaycanda narkotik vasitələrin yayılmasına qarşı mübarizə dövlət siyasətinin mühüm tərkib hissəsidir. "Son dövrdə narkotik daşıyan cinayətkar qrupların 100-dən artıq silahlı basqınını dəf edərkən Azərbaycanın 7 sərhədçisi həlak olub, 9 sərhədçi isə yaralanıb" – deyə DSX rəisi əlavə edib. Onun sözlərinə görə, Azərbaycan regional və beynəlxalq təhlükəsizlik çağırışlarına dəyərli töhfəsini verməkdədir. E.Quliyev bildirib ki, NATO tərəfindən Kosova, İraq və Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakı buna əyani sübutdur.
URL / WWW
http://kelam.az/news/a-5160.html