Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Təhsil Nazirliyində müşavirə keçirilib
08.01.10 20:52

Bu gün Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Müşavirədə “2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə”, “Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı”, “2009-2013-cü illərdə Azərbaycanın ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası”, “Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında” məsələlər müzakirə olunub.Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, son illər həyata keçirilən tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, “Qaynar xətt” xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, QHT-lərin nazirliklə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi, neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb. O, həmin vasitələrdən istifadə olunmaqla builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb. Köçürmələrlə bağlı yaranmış narahatlığa toxunan nazir qeyd edib ki, son vaxtlar köçürmələr edilərkən kredit sisteminin tələblərinin az da olsa, pozulduğu, köçürülən tələbələr fənləri dinləmədən onlara göndərişlər verildiyi, fərq imtahanlarında qiymətlər yazıldığı və kreditlər hesablandığı, bütün bunların isə həmin tələbələrdə haqlı narazılığa səbəb olduğunu bildirib. Nazir ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələləri diqqət mərkəzində saxlamağı tövsiyyə edib. Təhsil sənədlərinin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotunun çox ciddi məsələlər olduğunu bildirən M.Mərdanov müvafiq qaydalara dəqiq əməl edilməsinin vacibliyini ali təhsil müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırıb. Görüşdə daha sonra “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqrammı”nın icrası çərçivəsində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı hazırlanıb, Elmi-Koordinasiya Şurası və islahat istiqamətləri üzrə işçi qrupları yaradılıb. Nazir Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq ayrı-ayrı ali təhsil müəssisələrinin İnkişaf proqramlarının hazırlanmalı olduğunu bildirib və həmin sənədlərdə əksini tapması zəruri olan məsələləri diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/news/a-516.html