Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Aydın Mirzəzadə: Qəbələ RLS-in icarə haqqını 100 milyon dollara qədər artırmaq olar
24.11.11 20:15

“Qəbələ RLS-nə dair Azərbaycanla Rusiya arasında imzalanmış müqavilənin müddəti gələn il bitdiyi üçün tərəflər müqavilənin şərtlərini yenidən nəzərdən keçirirlər. Azərbaycan tərəfi qiymətlərin, eləcə də situasiyanın xeyli dərəcədə dəyişdiyini nəzərə alaraq qiymətlərin artırılması və bir sıra məsələlərlə bağlı öz təkliflərini irəli sürüb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, Rusiya tərəfindən Qəbələ RLS-in modernləşdirilməsi ilə bağlı təkliflər daxil olub. Bu təklifi mülkiyyət sahibi olaraq Azərbaycan nəzərdən keçirir və müvafiq qərara gəlinəcək. Onun fikrincə, icarə haqqını 100 milyon dollara qədər artırmaq olar. Çünki Rusiya təkcə həmin icarəyə götürdüyü obyekt və ərazidən istifadə etmir, Azərbaycanın infrastrukturundan da istifadə edir. Danışıqların davam etdiyini söyləyən A.Mirzəzadə qeyd edib ki, bu məsələdə müəyyən nəticəyə gəlmək üçün xeyli vaxt var. “Qəbələ RLS-dən istifadə Azərbaycan və Rusiya arasındakı münasibətlərin, birgə əməkdaşlığın göstəricisidir. Bunu hər iki dövlət qiymətləndirir. Qarabağ məsələsinə gəlincə, burada Rusiyanın Minsk qrupunun həmsədr dövlətlərindən biri olmaq baxımından əhəmiyyətlidir. Qəbələ RLS-dən Dağlıq Qarabağ probleminin həllində bir faktor kimi istifadə etmək düzgün olmazdı. Bunlar ayrı-ayrı məsələlərdir, amma ümumilikdə Azərbaycanın apardığı siyasət Qarabağ probleminin həllinə çox ciddi təsir edir”,-deyə komitə sədrinin müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-5158.html