Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » MSK səsvermə bülletenlərinin paylanmasına başlayıb
21.11.11 19:42

Mərkəzi Seçki Komissiyası bu gündən etibarən bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki bülletenlərinin və səsvermənin nəticələrinə dair seçki komissiyaları protokollarının dairə seçki komissiyalarına verilməsinə başlayıb. Məlumat “KƏLAMİNFO”ya MSK-nın mətbuat xidmətindən verilib. Qeyd edək ki, komissiyanın oktyabrın 14-də keçirilən iclasında səsvermə protokollarının, oktyabrın 25-də keçirilən iclasında isə bülletenlərin sayı və hazırlanma qaydası barədə qərar qəbul edib. Protokollar seçki keçiriləcək dairə və məntəqələrin sayına uyğun olaraq, bülletenlər isə oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq, yəni cəmi 1 191 541 ədəd olmaqla Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində çap edilib. Xatırladaq ki, noyabrın 30-da 330 bələdiyyə üzrə 464 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-5123.html