Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mustafa Topçubaşov haqqında film hazırdır
16.11.11 20:09

“Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filmi təqdimata hazırdır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”a verilən xəbərə görə, yeni sənədli filmin təqdimatı noyabr ayının 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilən film Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa bəy Topçubaşovun həyatı və fəaliyyətindən bəhs edir. Qeyd edək ki, “Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin rejissoru Xalq artisti Yalçın Əfəndiyevdir.
URL / WWW
http://kelam.az/news/a-5077.html