Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün Bərdə rayonunun Cicimli kəndinə 17 ildən sonra təbii qazın verilşi bərpa olunub
06.01.10 20:44

Bu gün Bərdə rayonu Cicimli kəndinə 17 ildən sonra təbii qazın verilşi bərpa olunub. KƏLAMİNFO xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev və Milli Məclisin deputatı Zahid Oruc iştirak edib. Onlar ölkədə və Bərdə rayonunda gedən sosial-iqtisadi inkişafdan, qaz infrastrukturunun yenidən qurulması, əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Tədbirdə bildirilib ki, hazırda rayonun 32%-i qazlaşdırılıb və abonentlərin sayı 20 minə çatıb. Yaxın vaxtlarda Tağılar, Nağılar və Alaçadırlı kəndlərinə də təbii qazın verilməsi nəzərdə tutulub. Ümumilikdə 2010-cu ildə rayonun 60 kəndi mavi yanacaqla təmin olunacaq.
URL / WWW
http://kelam.az/news/a-504.html