Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » "Bayraq Festivalı" keçiriləcək
03.11.11 20:32

Gənclər və İdman Nazirliyi noyabrın 4-də Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayraq Festivalı" keçirəcək. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvləri və fəal gənclərin iştirakı nəzərdə tutulub. "Bayraq Festivalı" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-ci il tarixli sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.
URL / WWW
http://kelam.az/news/a-5014.html