Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Musa Qasımlı: “Prezidentlərin razılaşdıra bilmədiyi məsələləri dini liderlərin razılaşdırması inandırıcı deyil”
01.11.11 19:39

“Qarabağ münaqişəsi yaranandan bəri Azərbaycanın və Ermənistanın dini rəhbərləri dəfələrlə görüşüblər. Bu görüşlər münaqişənin həllində hansısa irəliləyişlərə gətirməsə də, müəyyən faydası olub”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, ekspert Musa Qasımlı bildirib.O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona faydasız səfər etdikləri üçün Azərbaycan və Ermənistanın dini rəhbərlərini görüşdürməyi təklif ediblər. “Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində dini rəhbərlərin iştirakı və dəstəyi vacib əhəmiyyət daşıyır”-deyə M.Qasımlı vurğulayıb. Ekspert həmçinin deyib ki, Azərbaycan və Ermənistanın dövlət başçılarının və xarici işlər nazirlərinin razılaşdıra bilmədiyi məsələləri iki ölkənin din rəhbərlərinin razılaşdırması inandırıcı deyil. O, yaxın zamanlarda Qarabağ münaqişəsinin həllinə dair yeni təklif və imkanlar olacağına inanmadığını da bildirir. Qeyd edək ki, ötən həftə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşdə, noyabrın 28-30-da Ermənistanda keçiriləcək MDB ölkələri Dinlərarası Şurasının iclasında Allahşükür Paşazadənin iştirakı məsələsini müzakirə ediblər.
URL / WWW
http://kelam.az/news/a-4988.html