Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Rasim Musabəyov: “Minsk qrupunun fəaliyyəti ikinci plana keçmir”
31.10.11 19:39

“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT Minsk qrupunun fəaliyyəti ikinci plana keçir. Həmsədr ölkələrin üçü də həmin şuranın daimi üzvləridir və bizim üzvlükdən sonra onlar daha aktiv olmağa məcbur olacaqlar”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq, millət vəkili Rasim Musabəyov bildirib.O qeyd edib ki, burada bəzi ekspertlərin dediyi kimi Minsk qrupunun hansısa ikinci plana keçməsindən danışmaq olmaz. “Ümumiyyətlə, indi bu hadisədən sonra Azərbaycanın guya bu şurada istədiyi məsələni qoya biləcəyini və istədiyinə nail olacağını gözləmək sadəlövh bir yanaşma olar. Bu şurada 5 daimi üzvün iradəsindən kənar heç bir qərar qəbul olunmayıb və fərz edirəm ki, qəbul olunası da deyil. Ancaq təbii ki, Azərbaycanın böyük siyasətin həll olunduğu yerdə təmsil olunması ona əlavə imkanlar verir. Kimsə burada hansısa istəyini keçirmək istəyirsə, o zaman onlar məcburdurlar Təhlükəsizlik Şurasının ABŞ, Fransa, Rusiya və digər üzvlərinə müraciət etsinlər. İndi Azərbaycana da müraciət etməli olacaqlar və Azərbaycan da bu siyasi alverdə iştirak edərək öz məsələlərində mövqelərini irəli aparmaq üçün imkanlar qazanır” - deyə R.Musabəyov vurğulayıb. Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq ötən həftə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
URL / WWW
http://kelam.az/news/a-4979.html