Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TQDK qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinə start verib
05.01.10 21:38

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Respublikanın müxtəlif bölgə mərkəzələrində keçiriləcək bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif ali, orta ixtisas və orta təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak edəcəklər. Müşavirələrdə müvafiq bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.Bununla yanaşı, respublikanın bütün şəhər və rayonları üzrə 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi statistik məlumat kitabçaları hazırlanıb. Burada müvafiq bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbini təmsil edən orta statistk abituriyentin nəticələri və qəbul olma göstəriciləri öz əksini tapmışdır. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və orta məktəblərinə təmənnasız paylanacaq.
URL / WWW
http://kelam.az/news/a-495.html