Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarının Azərbaycana səfəri başlayır
26.10.11 19:30

Bu gündən etibarən Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarının Azərbaycana səfəri başlayır. Mətbuat Şurası Aparatının rəhbəri Rəhim Hüseynzadə “KƏLAMİNFO”ya deyib ki, foruma dəvət edilən ölkələrin nümayəndələrinin Bakıya səfəri bu gün axşamdan başlayacaq. Qeyd edək ki, Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiyanın türkdilli xaqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikaları, Ukraynanın Krım Muxtar Vilayəti, Moldovanın Qaqauz Muxtar Ərazisi, eləcə də Avropanın türklərlə bağlı və onların kampakt yaşadığı ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur.
toplantıda əsas mövzu “Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar” olacaq. Forum oktyabrın 28-də keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-4948.html