Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Əhmədov: “Azərbaycanın beynəlxalq aləmdə oynadığı rol xeyli dərəcədə fəallaşacaq”
25.10.11 19:46

“Bu gün Azərbaycanın gənc bir dövlət olaraq dünyanın ən mötəbər təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətin həyata keçirdiyi siyasətə dünyada verilən qiymətin bariz ifadəsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O qeyd edib ki, bu, Azərbaycanın dünya siyasətində, beynəlxalq aləmdə mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini bir daha ortaya qoydu. “Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolun xeyli dərəcədə fəallaşmasına, artmasına gətirib çıxaracaq. İnanmaq istəyirəm ki bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan diplomatik səylərin əhəmiyyətini artıracaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi terrorizmə qarşı mübarizənin daha səmərəli aparılmasına da öz böyük töhfəsini verəcək” - deyə Ə.Əhmədov vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-4933.html