Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » SAM beynəlxalq konfrans keçirəcək
25.10.11 19:46

Oktyabrın 26-da Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi “Aralıq dənizi hövzəsinin təhlükəsizlik dilemması: Çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans təşkil edəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən xəbərə görə, konfransın keçirilməsində əsas məqsəd dünyanın geosiyasi cəhətdən önəmli regionlarından sayılan Aralıq dənizi hövzəsi dövlətlərinin mövcud reallıqlarını müzakirə etmək, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələlərinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq, bununla da beynəlxalq diplomatiya proseslərinə elmi töhfələr verməkdir. Səkkiz ölkəni (ABŞ, Türkiyə, İtaliya, Ukrayna, Belçika, Misir, Mərakeş və Azərbaycan) təmsil edəcək ekspertlərin iştirakı ilə Aralıq dənizi regionunda dövlətlərarası münaqişələr, bölgədə xarici faktorlar və onların yürütdüyü siyasət, Yaxın Şərqdə Türkiyənin xarici siyasəti, Avropa İttifaqı və Liviya böhranı, Şərqi Aralıq dənizində ABŞ-ın strateji maraqları, beynəlxalq təhlükəsizlik problemləri və regionun geosiyasəti üçün önəmli olan digər bu kimi prioritet məsələlər geniş müzakirə mövzusu olacaq. SAM, Ukrayna prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutu, STRATFOR Analitik Mərkəzi (ABŞ), Əl-Əhram Siyasi və Strateji Araşdırmalar Mərkəzi (Misir), Avropa Siyasət Mərkəzi (Belçika) kimi dünyanın qabaqcıl beyin mərkəzlərinin rəhbərləri və elmi işçiləri, eləcə də Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri məruzələrlə çıxış edəcəklər. Konfransa Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, QHT nümayəndələri, KİV rəhbərləri, regional və beynəlxalq münasibətlər üzrə digər mütəxəssislər də qatılacaq.
URL / WWW
http://kelam.az/news/a-4930.html