Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ölkədə 420 minə yaxın əlil var
21.10.11 19:26

“Ölkədə 420 minə yaxın əlil var ki, onlardan 60 mini 18 yaşına çatmayanlardır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov söyləyib. Nazir müavinin sözlərinə əsasən, Səhiyyə Nazirliyinin nəzdində əlillər üçün xüsusi komissiya yaradılıb ki, ora müraciət edən əlillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə xaricdə müalicəyə göndərilir. “Bizim əsas məqsədimiz odur ki, əlillər cəmiyyətə inteqrasiya etsinlər, təcrid olunmasınlar. Zaman keçdikcə buna nail ola bilirik, “Məşğulluq haqqında” Qanunda əlillər üçün xüsusi kvota var ki, onlar da müvafiq işlə təmin edilsin, əlillər üçün vakansiyalar ayrılsın. Bundan əlavə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Milli Məclisə və bizim nazirliyə layihə təqdim edib. Layihədə əlillərin şəhərdə maneəsiz hərəkət etməsi üçün hər cür şəraitin yaradılmasının təmin edilməsi öz əksini tapıb. Həmçinin Nəqliyyat Nazirliyi də bu sahədə böyük işlər görür, belə ki, avtobus-marşrutlarda, piyada keçidlərində əlillərin rahat hərəkət etməsi üçün şəraitlər var. Onlar üçün xüsusi taksilər də paytaxta gətirilib”,-deyə o əlavə edib. N.Məmmədov hər il olduğu kimi bu il də əlillərə 1000-dən artıq əlil avtomobilin verildiyini vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-4897.html