Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Fantaziya” Səyyar Sirki Bakıdan sonra Sumqayıta gedəcək
21.10.11 19:26

“Sabit sirklər sovet dövründə fəaliyyət göstərməyə başlayıb. Əsl sirklər isə XVI əsrdə yaranan səyyar sirklərdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi “Fantaziya” Səyyar Sirki Bakıda” adlı mətbuat konfransında “Fantaziya” Səyyar Sirkinin direktoru Mirzə Abbasov bildirib. Mirzə Abbasovun dediyinə görə, o, əvvəllər Bakı Dövlət Sirkində işləyib və özünün “Azərbaycan ritmləri” akrobatik qrupu olub: “Sonra Şimali Amerikaya qastrol səfərinə getdim və ölkəyə qayıtmadım. Elə o zamandan etibarən Kanadanın Toronto şəhərində sirk sahəsində çalışmağa başladım və 27 ildir ki, bu sahədə işləyirəm” deyən direktor 2007-ci ildən rəhbərlik etdiyi sirklə bölgələrimizdə maraqlı şoular göstərdiklərini vurğulayıb: “Biz bölgələrdə bu şouları göstərəndə insanların yüksək marağını görürük. Bu ondan ibarətdir ki, sabit sirkdən fərqli olaraq burada insanlar sirkin bəzəyi olan müxtəlif heyvanlar və sirk ustalarının onlarla necə davranışının yaxından şahidi olurlar”. M.Abbasov artıq bir neçə gündür Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunun yanında qərarlaşan Səyyar Sirkin və burada nümayiş olunan nömrələrin tamaşaçıların böyük rəğbətini qazandığını vurğulayıb. Sabit sirkdən fərqli olaraq buradakı təhlükəsizlik məsələsinə gəlincə isə direktor burada belə halların baş verə biləcəyinin mümkünsüz olduğunu vurğulayıb: “Düzdür, sabit sirkdə arena ilə tamaşaçıların əyləşdiyi məkan arasında təhlükəsizlik sərhədi çəkilib. Amma bizdə bu sərhəd olmasa da, arenanın içəri tərəfindən baryerlər qurulub ki, buradan sirkin şirləri və ya digər heyvanları keçməkdə acizdirlər”. Ən maraqlı faktlardan biri də o olub ki, sirkin şirlərindən biri sərhədi keçərkən bala verdiyindən və balaların hələ ki pasportu olmadığından sərhəddə qalıb. Xatırladaq ki, Bakıdan sonra Sumqayıtda şou göstərməyə hazırlaşan Səyyar Sirkin 22 əcnəbi, 12 yerli sakindən ibarət olmaqla 34 nəfər işçisi var.
URL / WWW
http://kelam.az/news/a-4889.html