Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gələn ay Türkiyəyə səfər edəcək
30.12.09 05:50

Gələn ilin yanvarın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin İstanbul şəhərinin 2010-cu ildə “Avropa mədəniyyətinin paytaxtı” elan olunması münasibətilə keçiriləcək açılış mərasimində iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə nazir Ə.Qarayev jurnalistlərə açıqlamasında məlumat verib. O, qeyd edib ki, Bakının da Avropa mədəniyyətinin paytaxtı elan olunması üçün ən azı 4-5 il vaxt tələb olunur. Onun sözlərinə görə, Bakının “İslam mədəniyyətinin paytaxtı” elan olunması çərçivəsində keçirilən tədbirlər sübut etdi ki, Azərbaycan bu cür beynəlxalq tədbirlərin keçirilməsinə hazırdır. Ə.Qarayev Bakı şəhərinin “Mədəniyyətlərarası dialoq paytaxtı” elan olunması üçün hazırlıq işləri görüldüyünü söyləyib. Nazir artıq Avropa Şurası, İSESKO və YUNESKO ilə fikir mübadiləsi aparıldığını da bildirib. “Düşünürük ki, gələcək illərdə Azərbaycan hökuməti Bakının “Avropa mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı mütləq müraciət edəcək”,-deyə, Ə.Qarayev vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-486.html