Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ABŞ-da ümummilli lider Heydər Əliyevin büstü açılıb
18.10.11 19:36

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə oktyabrın 17-də Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü açılıb. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bürüncdən hazırlanmış bu incəsənət əsərinin müəllifi məşhur heykəltəraş, Beynəlxalq Olimpiya Komitəsinin laureatı Sergey Eylanbekovdur. Açılış mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin möhkəmlənməsində, iqtisadiyyatının hərtərəfli inkişafında və dünya birliyində layiqli yer tutmasında Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən bəhs edib və onun əziz xatirəsinin qəlblərimizdə daim yaşayacağını bildirib. Mərasimdə ABŞ ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun fəalları və ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak ediblər.
URL / WWW
http://kelam.az/news/a-4850.html