Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Gələn il bir neçə mədəniyyət ocaqlarının yenidən qurulması planlaşdırılır
30.12.09 05:50

Gələn il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Musiqili Komediya Teatrı və M.F.Axundov adına Milli Kitabxanada yenidənqurma işləri aparılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib. O, qeyd edib ki, gələn il eyni zamanda əsaslı təmirdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının açılışı olacaq. Nazir gələn ilin sonuna kimi “Nizami” kinoteatrının təmir-bərpa işlərini tamamlanmasının, Qobustan qoruğunun yeni muzeyi və ekspozisiyasının yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb. Ə.Qarayev Qobustan qoruğunun YUNESKO-nun siyahısında olmasını nəzərə alaraq bununla bağlı təqdimatın keçirilməsini planlaşdırdıqlarını bildirib. “2011-ci ilə Xalça Muzeyinin yeni binasının tikintisinin yekunlaşması, Şəkidə Karvansaranın bərpası, Mirzə Fətəli Axundov adına Milli Kitabxana, Opera və Balet Teatrı, eləcə də Musiqili Komediya Teatrının yenidən qurulmasının başa çatdırılması nəzərdə tutulur”,-deyə Ə.Qarayev söyləyib.
URL / WWW
http://kelam.az/news/a-484.html