Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda kitabxanaçılıq sahəsində Beynəlxalq Konfrans keçirilir
18.10.11 19:36

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq, kitabxanaların hər bir xalqın tarixində ən önəmli sərvət olduğunu bildirib: “Biz dünya xalqlarının kitabxanaları ilə bir sıra ikitərəfli layihələr həyata keçirmişik, bundan sonra da kitabxana sahəsində yüksək inkişafa nail olmaq məqsədilə bu işbirliyini davam etdirəcəyik. İndi Azərbaycan kitabxanaları ilə dünya kitabxanaları arasında qarşılıqlı inteqrasiya sahəsində mühüm addımlar atılır”. Rusiya Mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova da konfransın əhəmiyyətini müsbət qiymətləndirərək, kitabxanaçılıq sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb: “Kitab hər bir xalqın keçmişini qoruyub saxlayan və gələcəyə böyük işıq saçan bir vasitədir. Qiyməti olmayan bu sərvəti isə qoruyub saxlamaq kitabxanaların və kitabxana işçilərinin üzərinə düşür. Kitab hər bir xalqın düşünən beyinlərinin lal dilidir”. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də konfransda çıxış edib. Konfrans çərçivəsində Azərbaycan və Rusiya alimləri kitabxanaların inkişafı istiqamətində bir sıra maraqlı məruzələrlə çıxış edəcək, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı bukletin təqdimatı, master-klasların keçiriləcəyi, Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı və onların fəaliyyətinə həsr olunmuş slayd-şou da nümayiş etdiriləcək. Qeyd edək ki, konfrans “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə təşkil olunub.
URL / WWW
http://kelam.az/news/a-4838.html