Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla Gürcüstan arasında məsləhətləşmələr olacaq
17.10.11 19:42

Bu ilin noyabrında sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan-Gürcüstan komissiyalarının sədrləri arasında məsləhətləşmələr aparılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı xarici işlər nazirinin müavini, Azərbaycan tərəfindən komissiyanın sədri Xələf Xələfov jurnalistlərə deyib. Nazir müavini deyib ki, görüş Gürcüstanda təşkil olunacaq: “Hazırda Azərbaycan və Gürcüstan arasında sərhədlərin 2/3 hissəsi razılaşdırılıb, 1/3 hissəsi isə razılaşdırılmamış qalır”. Onun sözlərinə görə, müxtəlif formatlarda ekspertlər işləyir, normativ sənədlərə baxılır: “Biz komissiya çərçivəsində işləri davam etdiririk”.
URL / WWW
http://kelam.az/news/a-4831.html