Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Samir Piriyev: “Albomumda xalq mahnısı olmayacaq”
17.10.11 19:42

Azərbaycanı 2009-cu ildə Türkiyənin TRT-1 kanalında yayımlanan musiqi yarışmasında təmsil edən müğənni Samir Piriyevin iki yeni mahnısının efir versiyası hazırlanacaq. İfaçının “KƏLAMİNFO”ya verdiyi məlumata görə, gələn həftə “İstəyirəm” və “Ulduzdan sonsuza” adlı mahnılarına klip çəkilişlərinə start veriləcək: “Mahnılardan biri disko, digəri arenbi üslubundadır. Hər ikisi yeni mahnıdır və hələ efirlərdə səslənməyib.Əvvəlcə “İstəyirəm”ə başlayacağıq, onu bitirən kimi “Ulduzdan sonsuza”nın çəkilişləri olacaq. “İstəyirəm”ə Təhmasib adlı dostumuz, “Ulduzdan sonsuza”ya həyat yoldaşım Anarə xanım quruluş verəcək. Onu da deyim ki, “İstəyirəm” mahnısının sözləri və musiqisi özümə aiddir, o biri mahnın musiqisi Emin, sözləri Teymur müəllimə məxsusdur. Süjet xətti ilə hələ maraqlanmamışam, 2-3 günə biləcəm, çəkilişlər isə Azərbaycanda aparılacaq”. Daha sonra müğənni yeni albomu üzərində işlərə başlayacaq. Samir Piriyev gələn il 3-cü musiqi toplusunun işıq üzü görəcəyini də bildirdi: “Sevgilim” adlı ilk albomum 2008-ci ildə Moskvada, 2-ci albomum “Affet kururum” 2010-cu ildə Türkiyədə çıxarılıb. Yeni albom 8-9 mahnıdan ibarət olacaq və hələ mahnıları seçirik. Bu dəfə albomumda xalq mahnısı olmayacaq. Albomun adı da o mahnılardan birindən götürüləcək və Türkiyədə hazırlanacaq”. O ki qaldı solo konsert proqramına, Samir hələlik pərəstişkarlarına musiqi qonaqlığı barədə söz vermək istəmədi. Müğənni bu barədə fikirləşdiyini dedi: “Solo konsert ola bilər ki, noyabr-dekabr aylarına təsadüf etsin, amma söz vermirəm. Əgər alınsa, Heydər Əliyev sarayında keçiriləcək”.
URL / WWW
http://kelam.az/news/a-4819.html