Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ramil Usubov Ermənistana getdi
13.10.11 19:37

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Ermənistanın paytaxtı İrəvan şəhərinə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİN-in mətbuat xidmətindən veriblər. İki gün davam edəcək tədbirdə MDB iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin (polisin) əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılacaq. Daxili işlər nazirləri Şurasının iclasında həmçinin informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərlə mübarizə sahəsində MDB iştirakçısı olan dövlətlərin əməkdaşlıq Konsepsiyasının və üzv ölkələrin səlahiyyətli orqanları tərəfindən cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, odlu silah-sursatların ötürülməsi mexanizmləri haqqında Protokolun layihələri müzakirə ediləcək. Tədbirdə MDB-nin 20 illik yubileyi ilə bağlı daxili işlər nazirləri Şurasının tədbirləri və digər məsələlər müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/news/a-4793.html