Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisin üzvləri Özbəkistanda keçirilən parlament seçkilərini izləyiblər
28.12.09 16:44

Özbəkistan parlamentinin aşağı palatası - Ali Məclisə seçkilər keçirilib. KƏLAMİNFO xəbər verir ki, seçkiləri dünyanın 36 dövlətindən, həmçinin ATƏT, MDB-nin İcraiyyə Komitəsi, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlardan gəlmiş müşahidəçilər izləyiblər. Milli Məclisi Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr qrupunun rəhbəri Aydın Abbasov, qrupun üzvləri Çingiz Abdullayev və Əkrəm Abdullayev, parlamentin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov seçkilərin gedişini paytaxtda və Daşkənd vilayətində izləyiblər. Seçkilərdə Özbəkistan Xalq-Demokratik Partiyası, “Ədalət” Sosial Demokrat Partiyası, sahibkarlar və işgüzar adamlar hərəkatı-Liberal-Demokratik Partiyası, “Milli dirçəliş” Demokratik Partiyası və Özbəkistan Ekoloji Hərəkatı iştirak edib. Seçkilər başa çatdıqdan sonra keçirilən brifinqdə Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdysalamov bildirib ki, seçkilərdə 15 mln. 108 min 950 nəfər iştirak edib. Bu da seçicilərin ümumi sayının 87,8 faizini təşkil edir.
URL / WWW
http://kelam.az/news/a-476.html