Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Slovakiya maliyyə sabitliyi fonduna “yox” dedi
12.10.11 19:24

Slovakiya parlamenti avrozonada maliyyə sabitliyi fonduna daha çox pul və səlahiyyət verilməsini rədd edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, ölkə hökuməti istefaya gedə bilər. Çünki baş nazir Iveta Radicova səsverməni hökumətə etimadla əlaqələndirmişdi. Slovakiya avrozonada olan 17 ölkədən sonuncusu idi ki, yardım fondunun 440 milyard dollarlıq olmasına səs verməli idi. Fond debitor böhranla üzləşən ölkələrə yardım məqsədi güdür. Slovakiyanın “hə” deməsi vacib idi. Çünki bunun üçün avrozonanın üzvü olan 17 ölkənin hamısının razılığı tələb olunur.
URL / WWW
http://kelam.az/news/a-4757.html