Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan “Le Grand Bivouac” beynəlxalq festivalında iştirak edəcək
12.10.11 19:24

Azərbaycan Fransa Gənclik Assosiasiyası 20-23 oktyabr tarixlərində Fransanın Albertvil şəhərində keçiriləcək onuncu “Le Grand Bivouac” beynəlxalq festivalında iştirak edəcək. Bu barədə “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Dünyaya "səyahət" məqsədi daşıyan və müxtəlif mədəniyyətlərin, adət - ənənələrin paylaşıldığı festivalda üç gün ərzində 70-ə yaxın tədbirin - konfrans və debatların, sərgi və təqdimatların, tamaşa və animasiyaların təşkili nəzərdə tutulub. Festivalda Azərbaycanı Paris VIII Universitetinin tələbəsi Vüsalə Məmmədzadə, Paris X Universitetinin tələbəsi Kəmalə Gülməmmədova, Dauphine Universitetinin tələbəsi Fidan Əhmədova və Angers Universitetinin tələbəsi Könül Rəfiyeva təmsil edəcəklər. Milli rəqslərlə tamaşaçılar qarşısına çıxacaq iştirakçıların “Turacı”, “Nəlbəki”, “Tərəkəmə” rəqslərini ifa edəcəyi bildirilib.
URL / WWW
http://kelam.az/news/a-4755.html