Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Le Point” jurnalı Şərqi Avropadan yalnız Azərbaycanı inkişaf edən ölkələr sırasına daxil edib
12.10.11 19:24

Azərbaycanın iqtisadi nailiyyətləri ilə fransız oxucuları da tanış olub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Fransanın ən nüfuzlu üçlük jurnalları siyahısına daxil olan "Le Point" (Nəzər nöqtəsi) həftəlik jurnalının 2038-ci sayında dünyanın yeni dəbdə olan şəhərlərinə həsr edilmiş xüsusi reportaj çərçivəsində Bakı şəhəri və Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən və "Bakı - Qara qızıl ölkəsinin bəyaz gecəli şəhəri" başlığı altında məqalə dərc edilib. 1994-cü ildən etibarən Azərbaycanda əsl iqtisadi inqilabın baş verdiyi, dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalandığı və bu tarixdən sonra neft-qaz və qeyri neft-qaz sektorlarının sürətlə inkişaf etdiyi və bunların nəticəsində keçmiş Sovet İttifaqı ölkəsi olan və 18 oktyabrda müstəqilliyinin bərpa edilməsinin 20 illiyini qeyd edəcək Azərbaycan, bu gün regionda ən zəngin ölkələrdən birinə çevrilməsi məqalənin əsas mövzusunu təşkil edir: “Yalnız bu il ərzində Bakı şəhərində 5 ədəd 5 ulduzlu mehmanxanaların açılması planlaşdırılır və artıq bir sıra dünya şöhrətli mağazalar (butiklər) və müasir restoranlar burada fəaliyyət göstərir. 2012-ci ilin yazında Eurovision-2012 mahnı müsabiqəsinin keçiriləcəyi Bakı şəhərində demək olar ki, günün bütün saatlarında tikinti quruculuq işləri aparılır və Azərbaycanın qədim Odlar Yurdu olmasını simvollaşdıran Alov Binaları tikilir və beləliklə Azərbaycanın sabahı yaradılır”. Məqalədə həmçinin Bakıda cavanların əsasən getdiyi dəbdə olan yerlərdən geniş bəhs edilir və Fransız yazıcısı Aleksandr Dümanın “Qafqaza səyahəti” kitabında Azərbaycan mətbəxi haqqında yazdıqlarını dadmaq üçün Fransız oxucularına Bakı şəhərinin restoranlarına baş çəkmək və İçəri Şəhəri səyahət etmək məsləhət görülür. Qeyd edək ki, məqalədə Azərbaycan və onun paytaxtı olan Bakı şəhəri haqqında müsbət məlumat verilib və yeni dəbdə olan şəhərlər sırasında Bakı şəhəri Avropanın Dubayı adlandırılıb. Xatırladaq ki, dünya səyahətçiləri üçün yeni dəbdə olan şəhərlər siyahısına Şərqi Avropa regionundan yalnız Bakı şəhərinin adını salan “Le Point” jurnalı Braziliyanın paytaxtı Braziliya şəhərini, Mərakeşin paytaxtı Rabat şəhərini, Niderlandın Rotterdam şəhərini, ABŞ-ın Portland şəhərini və Kambodjanın paytaxtı Pnom-Pen şəhərini də əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-4754.html