Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İran prezidentinin müşaviri Bakıda səfərdədi
26.10.09 22:57

İran Prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gündən oktyabrın 29-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətindən veriblər. Səfər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəvətinə əsasən həyata keçirilir. Nümayəndə heyətinə təşkilatın Asiya və Okeaniya şöbəsinin müdiri Mürtəza Şəfii Şəkib, Azərbaycan üzrə müşavir Əsgər Farsi, katib Məhəmməd Şirzad daxildir. Qonaqların bir sıra nazirlik və komitələrdə rəsmi görüşlər keçirməsi və tədbirlərdə iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində qonaqlar bu gün Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər. Qonaqlar Muzey Mərkəzidə İmam Rzanın (ə) fotoşəkil sərgisinin açılış mərasiminə qatılacaqlar. Sabah isə Azərbaycan Kinematoqrafçılar İttifaqında qısametrajlı filmlər festivalında iştirak edəcəklər. Oktyabrın 28-də nümayəndə heyəti mədəniyyət və turizm nazir Əbülfəs Qarayevlə görüşəcək.
URL / WWW
http://kelam.az/news/a-47.html