Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanın gənclər təşkilatı beynəlxalq konfransa qatılıb
04.10.11 19:42

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Avropa Komissiyasının Polşadakı nümayəndəliyi, Avropa İqtisadi və Sosial Komitəsi tərəfindən keçirilən “Avropanın Aktiv Vətəndaşları: Könüllülük” adlı beynəlxalq konfransda iştirak edib. Bu barədə məlumat “KƏLAMİNFO”ya AGAT-dan verilib. Könüllülük fəaliyyəti ilə bağlı Polşada “Şərq tərəfdaşlığı” Sammiti çərçivəsində keçirilən konfransda fəal vətəndaşlıq məsələsi müzakirə olunub.Tədbirdə Polşa prezidenti Bronislav Komorovski deyib ki, burada Şərq tərəfdaşları ölkələrindən olan QHT-lərin iştirakı onlar üçün vacib məsələdir. O vurğulayıb ki, könüllülük vəzifə və öhdəlik deməkdir. Əmək və sosial işlər naziri Jolanta Fedak, Avropa Kommisiyasin yüksək səviyyəli rəsmisi Laszlo Andor QHT-lər və dövlət strukturları arasında platforma yaratmağın könüllülük işinə töhfə verəcəyini nəzərə çatdırıblar. G.Səfərova Azərbaycanda Milli İcmaların Koordinasiya Şurasından nümunə kimi yararlanmağı təklif edib. Konfransın sonunda deklarasiya qəbul olunub.
URL / WWW
http://kelam.az/news/a-4633.html