Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hindistanda “Yer dinamikası – nailiyyətlər və uğursuzluqlar” adlı beynəlxalq konfrans keçirilib
30.09.11 19:50

Hindistanda “Yer dinamikası – nailiyyətlər və uğursuzluqlar” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri Hətəm Quliyev və AMEA-nın Xarici əlaqələr şöbəsinin müdiri Ədalət Həsənov təmsil ediblər. Bu barədə “KƏLAMİNFO”ya AMEA-nın Geologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Konfransın təşkilat komitəsinin üzvü olan H.Quliyevin sözlərinə görə, tədbirdə ümumən 9 ölkə, o cümlədən ABŞ, İtaliya, Rusiya, Norveç, Kolumbiya, İran və Avstraliyadan nümayəndələr iştirak edib. Alimlər Yerin daxili dinamikası, bu mənada Yer qabığında baş verən təbii fəlakət və geoloji təhlükələr, həmçinin Yerin təkamülündə tektonik proseslərə Günəş sisteminin təsiri müzakirə ediblər. Azərbaycanlı alimlər hindistanlı həmkarları ilə yer elmləri sahəsində gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
URL / WWW
http://kelam.az/news/a-4604.html