Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xəzərə 43 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb
30.09.11 19:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin qeyd olunması ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavodunda olublar. Jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqların saxlanılması, artırılması və ümumilikdə, zavodun fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Eyni zamanda, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.Media nümayəndələri həmçinin, zavodun fəaliyyəti ilə əyani surətdə yaxından tanış olublar. 2003-cü ildən fəaliyyət göstərən zavoddan Xəzər dənizinə indiyədək 43 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb ki, onlardan 2 milyon ədədi bu ilin payına düşür. 15 hektar ərazini əhatə edən, inkubasiya, dairəvi hovuzlar, elektron sexlərin fəaliyyət göstərdiyi zavodun illik istehsal gücü ildə 15 milyon ədəd balıq körpələrinə bərabərdir. Kür çayından sudurulducu qurğular vasitəsilə götürülən sularda 150-200 qramdan 10 kiloqrama qədər balıqlar böyüdülür.
URL / WWW
http://kelam.az/news/a-4603.html