Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda əməyin təminatında transmilli şirkətlərin rolu ilə bağlı konfrans keçirilib
29.09.11 19:33

Bakıda “Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr” mövzusunda konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin müvafiq strukturlarının məsul şəxsləri, beynəlxalq təşkilatların və diplomatik korpusun, parlamentin, sosial tərəfdaşların, transmilli şirkətlərin nümayəndələri iştirak edir. Konfransda məqsəd hər bir iş yerinin, həmçinin transmilli şirkətlərdə olan iş yerlərinin işçi insanların layiqli həyatla bağlı ehtiyaclarını ödəyə biləcək səviyyəyə çatdırılması ilə bağlı səylərin gücləndirilməsinə nail olmaqdan ibarətdir.Nazir F.Ələkbərov ölkəmizdə əlamətdar tarixi hadisənin - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində keçirilən konfransda ötən 20 il ərzində respublikamızda əldə olunan uğurlar haqda məlumat verib, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim iqtisadi tərəqqinin əsas hədəfi olduğunu deyib. Nazir qeyd edib ki, sosial hüquqlar, o cümlədən işçi hüquqları ilə bağlı Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT və Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə fəal əməkdaşlıq edir: “Transmilli şirkətlər respublikamızın iqtisadiyyatında mühüm yer tutmaqla bərabər, layiqli əməyin təminatında da bir çox komponent üzrə müsbət təcrübəyə malikdirlər. Bununla belə, transmilli şirkətlərin bir qismində əmək qanunvericiliyinə zidd olan hallar baş verir. Belə halların aradan qaldırılmasına diqqətin artırılması vacibdir”.
URL / WWW
http://kelam.az/news/a-4578.html