Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan optik-lif kabel istehsalına başlayacaq
28.09.11 20:04

Sumqayıt Texnologiyalar Parkı (STP) telekommunikasiya sahəsi üçün kabel istehsalına başlamağı planlaşdırır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Gələcəkdə STP optik-lif kabellərin istehsalına da başlanacaq. Telekommunikasiya kabellərinin istehsalı 2012-ci ilin sonuna planlaşdırılıb. Artıq “Azercell Telekom” və “Delta Telecom” kimi Azərbaycan telekommunikasiyasında böyük oyunçulardan sifarişlər alınıb ki, bu da artıq həmin məhsulun bütün respublika miqyasında iri tədarükü deməkdir. Hazırda STP optik-lif kabellər üçün qoruyucu borular istehsal edir və məhsul artıq Azərbaycan telekommunikasiya şirkətləri tərəfindən alınır. Optik-lifin hazırlanma texnologiyasının çətinliyinə görə onun istehsalına başlamaq müəyyən vaxt tələb edir.Optik-lif kabellər telekommunikasiya infrastrukturlarının daha bahalı və məsuliyyətli elementlərindən hesab olunur. Buna görə də onların keyfiyyəti və etibarlılığına qarşı daha sərt tələblər qoyulur. Bu tələblər təşkilati və texniki tədbirlərlə təmin olunmalıdır ki, bu da STP-nin perspektivdəki planlarına daxildir.
URL / WWW
http://kelam.az/news/a-4556.html