Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » MSK-nın “Qaynar xətt”i gücləndirilmiş rejimdə işləyir
24.12.09 04:58

Mərkəzi Seçki Komissiyasının (MSK) 115 saylı “Qaynar xətt”i gücləndirilmiş rejimdə işləyir. Bu bardə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Ölkədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar “Qaynar xətt” yerlərdə olan vəziyyətlə bağlı bütün müraciətləri qəbul edərək MSK-ya ötürür. Seçicilər, müşahidəçilər, namizədlər və KİV nümayəndələri səsvermə prosesində qarşılaşdıqları istənilən problemlə bağlı 115 saylı telefon nömrəsinə zəng edərək məlumat verə bilərlər. Bununla yanaşı, vətəndaşlar MSK-nın İctimai İnformasiya Mərkəzinin (012) 493-48-69: (012) 493-48-85 saylı telefonlarına zəng etməklə də məsləhət ala bilərlər. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) elektron qaynar xətt də fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/news/a-454.html