Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Almaniyada “Qadınlar ənənə və emansipasiya arasında” adlı tədbir keçirilib
27.09.11 18:42

Berlin-Bakı Qalereyasında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi “Qadınlar ənənə və emansipasiya arasında” adlı tədbir keçirib. Tədbirin qonağı azərbaycanlı yazıçı və publisist Günel Anarqızı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Berlin-Bakı Qalereyasının direktoru İbrahim Ehrari Günel Anarqızını tədbir iştirakçılarına təqdim edib. AAKM-nin icraçı direktoru Samira Patzer-İsmayılova qadının cəmiyyətdəki yeri və rolundan qısa söhbət açıb. G.Anarqızı Azərbaycan qadınının ədəbiyyatda təsvir edilən obrazı, tarixi inkişaf dövründə bu obrazın dəyişməsi haqda qonaqlara məlumat verib. Azərbaycanda Sovet hakimiyyətinin qurulması və ondan əvvəlki dövrdə qadınların savadlanması, cəmiyyətdə və ailədə tutduğu mövqe barədə məlumat verib. O, müasir Azərbaycan qadınının indiki dövrdə cəmiyyətdə tutduğu yer, ölkəmizdə qadınların peşə seçimi barədə fikirlərini bölüşüb. AAKM-nin əməkdaşı Naibə Hantel yazıçının “Ağac” adlı hekayəsindən parçalar oxuyaraq G.Anarqızının əsərini alman dilində tədbir iştirakçılarına təqdim edib. Qonaqlar G.Anarqızının kitabları və baş redaktoru olduğu jurnallarla tanış olub. Qeyd edək ki, görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və alman ictimaiyyətinin nümayəndələri, eləcə də incəsənət və ədəbiyyat sahəsinin təmsilçiləri iştirak ediblər.
URL / WWW
http://kelam.az/news/a-4537.html