Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Sarkisyanın fikirləri bir daha onu göstərir ki, Ermənistan beynəlxalq aləmi aldadır”
23.09.11 19:18

“Serj Sarkisyanın Rusiya mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Ermənistan beynəlxalq aləmi, BMT və ATƏT-i aldadır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan tipli insanların dünya siyasətinə meydan oxumasına bu gün hələ ki göz yuman beynəlxalq təşkilatlar və beynəlxalq dünya siyasətini yürüdən insanlar var. “Amma belələrinin meydanının daralacağı günə çox qalmayıb. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların sülh missiyasına və beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemini, Ermənistanın başqa dövlətlərə qarşı ərazi iddiasını aradan qaldıracağına inandığını bəyan edib” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağına ümid edir: “Lakin beynəlxalq aləm Ermənistanın qarşısında acizlik göstərdikdə və Ermənistanın bu tipli bəyanatlarına ciddi reaksiya vermədikdə, Azərbaycan digər yolla öz torpaqlarını azad etmək barədə fikirləşəcək”.
URL / WWW
http://kelam.az/news/a-4530.html