Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir keçirilir
23.09.11 19:18

Bu gün Bakıda AVCİYA-nın təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə dünyanın 58 ölkəsindən 300-ə yaxın tanınmış ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, AŞ PA, ATƏT, EURONEST, Avropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edirlər. Prezident İlham Əliyev tədbirə qatılaraq nitq söyləyib.Çıxış edən AVCİYA-nın prezidenti, deputat Elxan Süleymanov qonaqları salamlayaraq onlara tədbirdə iştirakına görə təşəkkür edib. O, həmçinin Azərbaycan prezidentinin bu tədbirə qatılmasının dövlətin ictimai sektora verdiyi dəstəyin nümunəsi olduğunu bildirib. “Vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq deməliyəm ki, hələ problemlərimiz çoxdur və bütün problemlərdə dövlətimizin yanında olmalıyıq” - deyə o vurğulayıb. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov xarici qonaqların diqqətinə Azərbaycanla bağlı məlumatları çatdırıb. Tədbir sentyabrın 24-də başa çatacaq.
URL / WWW
http://kelam.az/news/a-4529.html