Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Həsənov: Azərbaycan dövləti regionda neytrallığını saxlayır
23.09.11 19:18

“Azərbaycan NATO ilə ikitərəfli əməkdaşlıq həyata keçirsə də, bu təşkilata üzv olmaq niyyətində deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. PA rəsmisi xatırladıb ki, bu il Azərbaycan Qoşulmamaq Hərəkatına üzv olub və bununla da Azərbaycan dövləti regionda neytrallığını saxlayır. Ə.Həsənov Ermənistanda keçirilən paradda Rusiya hərbçilərinin iştirakına da münasibət bildirib. O, bunu Rusiyanın daxili işi kimi qiymətləndirib. “Bu iki ölkə arasında müqavilə var. Onlar Ermənistanda hansı siyasət yürüdürsə, öz işləridir. Bizi maraqlandıran Rusiya ordusunun Azərbaycana münasibətidir ki, bununla bağlı da ciddi narazılığımız yoxdur. Rus ordusu Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, bu hüquqları pozmağa cəhd göstərmir, əminəm ki, bundan sonra da cəhd göstərməyəcək” - deyə PA rəsmisi vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-4528.html