Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri müzakirə ediləcək
23.09.11 05:59

Noyabrın 8-i AMEA Rəyasət Heyətində “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayacaq. Konfrans AMEA Radiasiya Problemləri İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Üç gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən alimlərin iştirakı gözlənilir. Beynəlxalq tədbirdə, həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər. Konfransda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
URL / WWW
http://kelam.az/news/a-4525.html