Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Rasim Musabəyov: “Azərbaycan heç kimin arxasınca sürünməyə borclu deyil”
23.09.11 05:59

“Bütün vaxtlarda Azərbaycan İsraillə olan münasibətlərini Türkiyə-İsrail münasibətlərin nəzərə alaraq qurub və bu, indi də belədir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq, millət vəkili Rasim Musabəyov bildirib.Politoloqun fikrincə, ancaq bu, heç də o demək deyil ki, indiki İsrail-Türkiyə gərginliyində Azərbaycan Türkiyənin arxasınca sürünməlidir. “Çünki İsrail Türkiyə torpaqlarını işğal etməyib, İsrail Türkiyə ilə müharibə aparmır. Azərbaycan-İsrail münasibətlərinə gəldikdə isə Azərbaycan bu münasibətləri müstəqil şəkildə qurub”-deyə R.Musabəyov vurğulayıb. Onun sözlərinə görə, o tamam başqa məsələdir ki, İsrail Türkiyəyə “acıq” vermək üçün qondarma erməni soyqırımını tanımağa başlayacaqsa, Türkiyəyə qarşı kürdləri qaldıracaqsa və buna bənzər fəaliyyət göstərəcəksə, təbii ki, bu, Azərbaycan-İsrail münasibətlərinə ciddi mənfi təsir göstərəcək. “Amma sırf Türkiyə-İsrail çəkişməsində Azərbaycan heç kimin arxasınca sürünməyə borclu deyil” - deyə o, əlavə edib. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç mətbuata açıqlamasında bildirib ki, “Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır”.
URL / WWW
http://kelam.az/news/a-4524.html