Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Vəfa Quluzadə: “Rusiya Qərbin boğazında iri bir “tikə” kimi qala bilər”
21.09.11 20:41

“Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırması ilə bağlı bəyanatı təqdirəlayiq haldır. Əgər həqiqətən AB öz səylərini artırsa, münaqişənin həllində ciddi nəticələr əldə oluna bilər. Amma burada Rusiya Qərbin boğazında iri bir “tikə” kimi qala bilər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.Politoloq israr edir ki, bu məsələdə Rusiyanın bir dövlət kimi çökməsi vacib şərtdir. “Çünki Qarabağ məsələsinin bütün qıfılları Rusiyadadır və bu ölkə çökən ölkədir. Fikir verirsinizsə, son vaxtlar tez-tez təyyarələri düşür, gəmiləri batır. Ona görə də Rusiya getdikcə zəifləyir. Və elə bir an olacaq ki, neftin qiyməti 20 dollara düşəndə orada hakimiyyət də dəyişə bilər. Rusiyada imperiya baxışlı deyil, demokratik baxışlı hakimiyyət gəlsə, onda onlar Qarabağdan əl çəkəcəklər. Ona görə də sözsüz ki, Avropanın bu məsələni dərhal həll etməyə imkanı yoxdur. Hətta ABŞ-ın da yoxdur, ona görə ki, Rusiya nüvə dövlətidir. Amma 5 ildən sonra ABŞ-ın bu imkanı olacaq. Nəyə görə Vaşinqton regionda radar-raket sistemlərini qurmaqla Rusiyanın nüvə silahlarını zərərləşdirir? Bu sistem tamamilə qurulandan sonra Rusiyanın raketləri heç kəsə heç nə edə bilməyəcək. Çünki bunun qarşısı alınmış olacaq” - deyə politoloq vurğulayıb. V.Quluzadə deyir ki, bütün postsovet ərazisindəki münaqişələr - Gürcüstan, Azərbaycan, Moldova, bunların hamısı Rusiyaya bağlıdır. “AB təbii ki, bunları həll etmək istəyir və öz siyasi addımları ilə buna müəyyən təsirlər edəcək. Amma məsələ onda həll olacaq ki, bunu törədən ortalıqdan getmiş olsun” - deyə politoloq əlavə edib. Qeyd edək ki, bu günlərdə AB-nin genişlənmə məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Stefan Füle Yaltada keçirilən “Ukrayna və dünya: ümumi çağırışlar, ümumi gələcək” adlı görüşdə bəyan edib ki, “Avropa Birliyi Qarabağ münaqişəsinin həllindəki rolunu artıracaq. Bu problemlərin həll edilməsində üzərimizə daha ciddi öhdəlik götürürük”.
URL / WWW
http://kelam.az/news/a-4521.html