Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mətbuat Şurası seçkilərin monitorinqinə başlayıb
24.12.09 04:58

Mətbuat Şurası (MŞ) Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında bələdiyyə seçkilərinin monitorinqinə başlayıb. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinqlərin keçirilməsində məqsəd seçkini işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyətini izləmək, prosesin gedişi zamanı onlara vəzifə səlahiyyətlərini yerinə yetirmələri üçün yaradılan şəraitlə tanış olmaqdır. Bununla bağlı Şuranın İdarə Heyətinin üzvlərindən ibarət ayrıca monitorinq qrupu formalaşdırılıb. Qrupun üzvləri paytaxtda və müxtəlif bölgələrdəki məntəqələrə baş çəkir, vəziyyətlə maraqlanırlar. Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar Mətbuat Şurasında “Qaynar xətt” yaradılıb. Şuranın (012) 561 82 46 və (012) 561 80 37 nömrəli telefonları bu rejimdə işləyəcək. Seçkini işıqlandıran jurnalistlər həmin nömrələrə zəng vuraraq peşə fəaliyyətlərinin həyata keçirilməsinə mümkün maneələr barədə məlumat verə bilərlər.
URL / WWW
http://kelam.az/news/a-452.html