Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » III Beynəlxalq Musiqi Festivalı davam edir
21.09.11 20:41

Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunan Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramları davam edir. “KƏLAMİNFO”nun məlumatına görə, növbəti belə konsert dünən M.Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan Vyana Filarmoniyasının geniş konsert proqramı olub. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarəçiliyi ilə V.Motsartın, F.Mendelsonun, Y.Menuhun, S.Barberin, A.Şönberqin əsərləri səsləndirilib.
URL / WWW
http://kelam.az/news/a-4512.html