Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi müxalifət partiyaları ilə görüş keçirə bilməməkdən təəssüf hissi keçirir
24.12.09 04:58

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar bəyanat yayıb. Avropa Şurasının Bakı ofisindən KƏLAMİNFO-ya verilən məlumata görə, nümayəndə heyyəti Azərbaycan müxalifət liderləri ilə 23 dekabr bələdiyyə seçkilərindən əvvəl görüşməyi ümid edib. “Təəssüf edirik ki, nümayəndə heyyətinin dünən Azərbaycan müxalifət partiyaları ilə görüşərək 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkilərindən əvvəl vəziyyəti müzakirə etmək imkanı olmayıb. Nümayəndə heyyəti müxalifəti dinləməyə hazırdır, o, ölkənin siyasi liderləri ilə azad və açıq müzakirələr keçirməyə böyük önəm verir”,-deyə bəyanatda bildirilir. Bəyanatda həmçinin nümayəndə heyyətinin seçki öncəsi missiya zamanı müxalifət partiyaları ilə görüş keçirə bilməməkdən təəssüf hissi keçirdiyi qeyd olunur. “Biz hesab edirik ki, müxalifət nümayəndələri ilə beynəlxalq ictimaiyyət arasında fikir mübadiləsinin aparılması Azərbaycanda demokratik inkişafın marağındadır”,-deyə nümayəndə heyyətinin rəhbəri Qayə Doğanoğlu vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-451.html