Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Gənc Tamaşaçılar Teatrı “Kontrabas”la çıxış edəcək
19.09.11 21:30

Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala hazırlaşır. Teatrdan “KƏLAMİNFO”ya verilən xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II “ArtOkraina” Beynəlxalq teatr festivalında ölkəmizi Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Kontrabas” mono-tamaşası təmsil edəcək. Polşa, Ukrayna, Belarus, Almaniya, İsveç və digər ölkələrin də qatılacağı festivalda noyabrın 16–da nümayiş olunacaq “Kontrabas” tamaşasının quruluşçu rejissoru mərhum sənətkar, Xalq artisti İrina Perlovadır. Qeyd edək ki, “Kontrabas” tamaşası artıq 15 ildir oynanılır və dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilmiş beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb. Xatırladaq ki, II “ArtOkraina” Beynəlxalq Teatr Festivalı noyabrın 21-dək keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-4491.html