Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda növbəti bələdiyyə seçkilərinə start verilib
24.12.09 04:58

Bu gün səhər saat 8.00-da Azərbaycanda növbəti bələdiyyə seçkilərinə start verilib. KƏLAMİNFO xəbər verir ki, seçkilərdə ümumilikdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilməlidir. Bələdiyyə üzvü olmaq üçün mübarizə aparacaq 31 minə yaxın namizəddən 16 min 755-i siyasi partiyaların siyahıları üzrə, 14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Seçkilərdə 4 mln. 600 minə yaxın seçici 4 min 813 məntəqədə səs verəcək. Yerli və beynəlxalq müşahidəçilər bütün məntəqələrdə səsvermə prosesinin gedişini izləyəcəklər. Tədbiri 49 mindən çox yerli və 52 beynəlxalq müşahidəçi izləyəcək. Səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Saat 19.00-da başa çatacaq səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da ictimaiyyətə məlumat veriləcək.
URL / WWW
http://kelam.az/news/a-449.html