Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sabaha qısamüddətli yağışlar gözlənilir
17.09.11 14:48

Sabah ölkə ərazisində qısa müddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılıb. Lakin sentyabrın 16-dan 17-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.Abşeronda temperatur göstəricisi gecə 17-21°, gündüz 25-30° isti təşkil edəcəyi halda, Bakıda da gecə 19-21°, gündüz 28-30° isti müşahidə olunacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-55 faiz olacaq. Bölgələrimizə gəlincə isə burada da sentyabrın 17-də havanın əsasən yağmursuz keçəcəyi, amma bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ölkənin ayrı-ayrı rayonlarında havanın istilik göstəricisi gecə 8-21°, gündüz isə 16-32° arasında cərəyan edəcək. Meteoroloqlar dağlarda gecə 9-14°, gündüz 19-24° isti vəd edir.
URL / WWW
http://kelam.az/news/a-4484.html