Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Status-kvo yeni münaqişənin yaranmasına gətirib çıxara bilər”
17.09.11 14:48

“Dağlıq Qarabağ konfliktində son nəticə kimi status-kvonun saxlanması regionda yeni münaqişənin yaranmasına gətirib çıxara bilər”. Bu barədə “KƏLAMİNFO”ya millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, münaqişənin dondurulması həmin regionda sülh şəraitinin sabit qalmasına təminat vermir. “Maraqlıdır ki, bölgədə stabilliyin olmaması ilk olaraq Rusiyanın maraqlarındadır. Rusiyanın Minsk qrupuna həmsədrlik edən ölkələrdən biri olmasına baxmayaraq, o, Dağlıq Qarabağ konfliktinin çözülməsinə şərait yaratmır. Çünki münaqişə həll olunarsa, Rusiya hərbi bazalarını Ermənistandan dərhal götürməlidir. Ancaq Ermənistan adıyla regionda hərbi qüvvələrini saxlaması Rusiyanın ən ümdə məqsədidir”- deyə millət vəkili nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/news/a-4481.html